Bu xidmət növü paylaşmağı sevməyən, yüklərinə həssaslıqla yanaşan şirkətlər və ya fərdi sahibkarlar üçün nəzərdə tutulmuşdur.

Onlar, adətən “indiki dövrdə gözləmək zaman itkisidir” şüarını əsas gətirərək öz yüklərinin daşınması üçün bütöv bir avtomobili icarəyə götürməyi üstün tuturlar. Beynəlxalq yük daşımaları sahəsində FTL (Full Truck Load) xidməti “Avtomobilinin tam yüklənməsi” kimi təsvir olunsa da, yerli bazar iştirakçıları arasında bu xidmət “Mənim yükümü o birilərinə qatma” kimi tanınmaqdadır. Biz də “malı mala qatmamaq” üçün yüklərinizi həm ölkə xarici, həm də ölkə daxili daşınmasını vaxtında və təhlükəsiz şəkildə çatdırılmasını təklif edirik.

FTL yük daşımaları xidmətinin “fresh” üstünlükləri:

Vaxtınıza qənaət edin

Avtomobil yolu ilə yüklərin daşınması limanların, vağzal və aeroportların iş qrafikindən asılı olmadığı üçün hərəkətin qısa fasilələrlə gecə-gündüz təmin olunması deməkdir. Bu da digər daşınma növləri ilə müqayisədə yüklərin təyinat nöqtəsinə qısa zaman çatmasına imkan yaradır.

Münasibətimiz var

Deyirlər gərək “hər yerdə adamın olsun” misalı bu sahə üçün də keçərlidir. Daxili və xarici bazarda tutduğumuz mövqe bizə yollarda və sərhəd keçid məntəqələrindəki vəziyyəti öncədən təhlil edib, sürücüləri istiqamətləndirməyə imkan yaradır.

Yüklərinizi izləyin

Yükünüz təyinat nöqtəsinə gəlib çıxana kimi keçirdiyiniz hissləri yaxşı başa düşürük. Biz də Sizin kimi nigaran qalmamaq üçün işimizə texnologiya qatdıq ki, avtomobillərdə quraşdırılmış GPS naviqasiya cihazları vasitəsilə yükün təhlükəsizliyinə nəzarəti həyata keçirilir.

Yoxlayırıq

Fərdi və korporativ münasibətlərimizə xələl gəlməməsi üçün sürücülərimizi ciddi şəkildə təlimatlandırmışıq. Yükləmə nöqtəsində olmasanız belə Sizi orada layiqincə təmsil edib, yükünüzün doğru və təhlükəsiz formada avtomobilə yüklənməsinə diqqət edirik. Gözünüz arxada qalmasın.